Xeberler
Xeberler Polşa Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirak etməyəcək. Polşa İctimai Televiziyası (kanal TVP1) məlumat yayıb. Mahnı müsabiqəsində iştirakdan imtinanın səbəbi kimi telekanalın efir vaxtının sıxlığı göstərilir. TVP1 gələn ilin iyununda Polşa və Ukraynada keçiriləcək futbol üzrə Avropa çempionatının yayımı ilə məşğul olacaq. “Eurovision-2012”də iştirakı təsdiqlənən ölkələr məlum olub Bu il Bakıda keçiriləcək “Eurovision-2012” Mahni Müsabiqəsində iştirakı təsdiqlənən ölkələrin əksəriyyəti məlum olub. Lent.az- ın wikipediya.org-a istinadən məlumatına görə, müsabiqədə iştirakı təsdiqlənən ölkələr bunlardır: Azərbaycan, Avstriya, Belçika, Bolqarıstan, Bosniya və Hersoqovina, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İslandiya, İspaniya, Kipr, Latviya, Litva, Malta, Hollandiya, Norveç, Rumıniya, Slovakiya, Sloveniya, Ukrayna, Finlandiya, Xorvatiya, İsveçrə, İsveç, Estoniya. İştirakı təsdiqlənməyən ölkələr - Belarus, Böyük Britaniya, Gürcüstan, İrlandiya, İtaliya, Makedoniya, Moldova, Polşa, Polşa, Rusiya, San-Marino, Serbiya, Türkiyə, Fransadır. Albaniya, Ermənistan, Andorra, Lüksemburq, Monako təmsilçilərinin Bakı səhnəsində çıxış edib-etməyəcəyi hələ də məlum deyil. “Eurovision-2011”dəkı ifaçılarımızdan şok açıqlama: “Ermənistanda çıxış etməyə hazırıq...” Azərbaycanı “Eurovision-2011” mahnı müsabiqəsində təmsil edən Eldar Qasımov və Nigar Camal “Komsomolskaya Pravda” qəzetinin keçirdiyi oxucu suallarını cavablandırarkən Ermənistanda çıxış etməyə hazır olduqlarını bildiriblər. Modern.az “Komsomolskaya Pravda” qəzetinə istinadən bildirir ki, bunu onlar ukraynalı oxucunun ““Eurovision-2011” Ermənistanda keçirilsəydi, ora gedərdinizmi?” sualına cavab verərkən deyiblər. “Biz həmişə bütün ölkələrdən olan dəvətləri gözləyirik. Musiqi və incəsənət milli məsələ deyil. Biz hər yerdə keçirilən konsertlərdə iştirak etməyə şad olardıq” - deyə Eldar və Ngar vurğulayıblar. Qeyd edək ki, Ermənistanı bu ilki müsabiqədə müğənni Emmi təmsil edir. N.Camal və E.Qasımov mayın 10-da keçiriləcək I yarımfinalda Albaniya, Finlandiya, Macarıstan, Litva, İsveçrə, Norveç, Gürcüstan, Türkiyə, Malta, Xorvatiya, San-Marino, Serbiya, Rusiya, İslandiya, Yunanıstan, Portuqaliya, Polşa və Ermənistan iştirakçıları ilə mübarizə aparacaq. Mayın 12-də II yarımfinal İsrail, Makedoniya, Danimarka, Belarus, Niderland, Bolqarıstan, Latviya, Bosniya və Hersoqovina, Ukrayna, Kipr, Estoniya, Rumıniya, Avstriya, Sloveniya, İsveç, Moldova, Belçika, İrlandiya və Slovakiya iştiraçılarının iştirakı ilə keçiriləcək. İki gün sonra - mayın 14-də final keçiriləcək.
 
Bugün 1 ziyaretçi (2 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol